“Çay və qəhvə qiymətlərində kəskin bahalaşma gözlənilmir” - İQTİSADÇI DANIŞDI
“Son 3 ayda ölkəmizdə çay və qəhvə qiymətlərində azalma olub. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, qiymətlərdə may və iyun aylarında 0.1 faiz, iyul ayında 0.4 faiz azalma olub: “Təbii ki, bu faizləri azalma hesab etmək olarsa, qiymətlərdə hətta azalmalar olub.
Dünyada isə çay bazarında 2021-ci ildə artım olsa da, 2022-ci ildən yenidən qiymətlərdə azalmalar müşahidə olunub. Ümumiyyətlə çay və qəhvə qiymətlərində kəskin bahalaşma olacağını zənn etmirəm. Lakin 1-2 faiz artım və ya azalmaların olması normaldır.
Məhsul qıtlığı ilə bağlı da dünya bazarında heç bir məlumat yoxdur. Buna görə də qiymətlərdə kəskin artım gözlənilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB