Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Bu gün saat 22:00-dan sabah saat 05:00-a qədər Bakının Heydər Əliyev prospektinin 26,4-cü kilometrində "P" tipli istiqamətverici lövhələrin quraşdırılması işləri aparılacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB