"Neft sektorunda 5-6% artım olacağı proqnozlaşdırılır" - Taleh Kazımov
"Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-2024-cü illərdə ölkədə ümumi daxili məhsulun (ÜDM) 4-5 % artacağını, qeyri-neft sektorunda artımın 5-6 % olacağını proqnozlaşdırır". SİA xəbər verir ki, bu sözləri AMB sədri Taleh Kazımov bugünkü mətbuat konfransında bildirib.
"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, eləcə də daim artan digər makroiqtisadi göstəricilər bizə belə proqnozlar verməyə imkan verir", - deyə sədr qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB