"Dörd ildə sığorta bazarının həcmi iki dəfə artıb" - QURUM RƏSMİSİ BİLDİRDİ
"Azərbaycan Mərkəzi Bankı sığorta sahəsindəki problemləri, inkişaf boşluqlarını analiz edərək 4 illik bir inkişaf strategiyası hazırlayəb. Bu strategiyanın hazırlanmasında həm xarici ekspertlər, həm də yerli ekspertlər iştirak edib". SİA xəbər verir ki, bu sözləri "Sığorta mübahisələrinin uğurlu həlli yolları" adlı elmi-praktik konfransda AMB Baş direktoru Ziya Əliyev deyib.
O bildirib ki, artıq dörd il yekunlaşmaq üzrədir: "Bu illər ərzində biz böyük bir yol qət etmişik. 2019-cu ildə sığorta bazarının həcmi 650 milyon manat idi. Dörd ildə sığorta bazarının həcmi iki dəfə artıb. Bütün dövlətlərin rifah siyasətinin ən mühüm komponentlərindən biri də baş verə biləcək gözlənilməz hadisələrə qarşı böyük bir müdafiə mexanizminin olmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB