AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıb

AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıb

11 iyul 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə SİA-ya Mərkəzi Bankdan(AMB) bildirilib.

Məlumata görə, hərracda tələb 32,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 2 dəfə çoxdur. Belə ki, iyulun 6-da keçirilən valyuta hərracında banklar 15.7 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə