"Bu mesajların bir qismindən bankların xəbəri yoxdur" - İQTİSADÇI ŞƏRH ETDİ

"Bu mesajların bir qismindən bankların xəbəri yoxdur" - İQTİSADÇI ŞƏRH ETDİ

“Əslində, banklardan vətəndaşlara iki cür mesajlar gəlir. Bunlardan biri bankların reklam xarakterli mesajlarıdır. Digər tərəfdən bankların adından göndərilən mesajlar var. Hansı ki onların bir qismindən heç bankların məlumatı belə yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu tipli mesajlarda bank adından məlumatlar göndərilir və hətta vətəndaşın şifrə və digər şəxsi məlumatlarını öyrənməyə çalışırlar: “Təbii ki, banklar hər zaman öz reklamlarında cəlbediciliyə çalışır. Məsələn, 21 və ya 16%-dən başlayan kreditlər olduğunu qeyd edirlər. Vətəndaş bu kreditlərdən yararlanmaq üçün həmin banka müraciət edir. Daha sonra məlum olur ki, 16%-ə təqdim olunan kreditlər heç də bütün vətəndaşlara aid deyil. Bunlar çox seçilmiş, selektiv kateqoriyaya təqdim olunan faizlərdir. Ona görə də banklardan gələn mesajlarda kredit və ya digər məhsullarla bağlı şərtlər çox aydın şəkildə qeyd olunmalıdır. Əks halda təbii ki, bu istehlakçı hüquqlarının təhlükəsizliyi baxımından arzuolunan deyil”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə