"Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişikliklər təsdiqlənib

"Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişikliklər təsdiqlənib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Qiymətli kağızlar bazarı haqqında" qanuna yeni anlayışların əlavə edilməsi ilə bağlı qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, həmin yeni anlayışlar aşağıdakılardır:

- digər ticarət sistemi – Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi və fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu sistem; ​​​​​

- məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə