"Biznes kreditlərinin payının artırılmasına nail olmaq mühüm məqamdır" - DEPUTAT FİKİR BİLDİRDİ
“Banklarda 5 milyard manata yaxın istifadə olunmayan vəsaitlərin olduğunu nəzərə alsaq, kredit portfelinin artması bu konteksdə müsbət məqamdır. Çünki banklar həm biznes, həm də vətəndaşlara daha çox kreditlər təklif edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mühüm məqamlardan biri də biznes kreditlərinin payının artırılmasına nail olmaqdır: “Banklar tərəfindən daha çox biznes kreditləri təklif olunması daha məqsədəuyğundur və real sektorun inkişafı banklar tərəfindən dəstəklənsə yaxşı olar.
Düşünürəm ki, bu konteksdə kredit portfelinin strukturu çox önəmlidir. Burada biznes kreditlərinin payı artdıqca real sektorun inkişafının artmasına səbəb olacaq. Bütövlükdə problemli kreditlərin tənzimlənməsi fonunda kredit portfelinin artması müsbət məqamdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB