"Konfransa olan marağın artması bizi sevindirir" - REKTOR DANIŞDI

"Konfransa olan marağın artması bizi sevindirir" - REKTOR DANIŞDI

“Nüfuzlu elmi konfransların təşkili xarici və yerli mütəxəssislər, elm adamlarının iştirakı ilə informasiya mübadiləsi üçün imkanların yaradılmasıdır. Bu gün toplaşdığımız konfrans ötən illərlə birlikdə Azərbaycan təhsilində özünəməxsus bir rolu olan ənənəyə çevrilib”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı UNEC-in rektoru Ədalət Muradov deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif universitetlərini təmsil edən tədqiqatçıların konfransa olan marağının artması bizi sevindirir: “Konfransın əhatə dairəsinin genişlənməsi daha yüksək mərhələyə keçid üçün geniş imkanlar yaradılmışdır. Bu il artıq 5-ci dəfə keçirilən konfrans xarici və yerli elm adamları ilə yanaşı, dövlət və özəl sektor qurumlarını bir araya gətirərək beynəlxalq səviyyədə tanınmasına imkan yaradılır. Qeyd edim ki, konfrans 25 ölkədən 50-dən çox professor və 100-ə yaxın təşkilat komitəsinin əməyi nəticəsində ərsəyə gəlib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə