“Yeni tətbiqi istifadəyə verməsi çox təqdirəlayiq addımdır” - İQTİSADÇI EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Kart plastik kartlarını idarə etmək və səfər planlaması aparmaq üçün yeni tətbiq istifadəyə verməsi çox təqdirəlayiq addımdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, yerli mobil tətbiqlərin yaradılması yerli informasiya bazarının inkşaf göstəricisidir: “Çünki informasiya məhsulları bazarının inkşafı iqtisadiyyatın rəqabət qabilliyətini artıran faktorlardan biridir. Bu baxımdan, mobil tətbiqlərin yaradılması vaxta qənaət etməklə müştəri məmnuniyyətini təmin edir və eyni zamanda, xərclərin minimallaşdırılmasına imkan yaradır və ev təsərrüfatlarının real gəlirlərini artırır.
Milli iqtisadiyyatın digər sahələrində də və digər strukturlarında da informasiya məhsullarının geniş tərtibi arzu olunandır. Bu sahədə respublikanın ali məktəblərində müvafiq ixtisaslar və dərslər keçilir.
Məsələn, Bakı Mühəndislik Universiteti Kompyuter Elmləri, Kompyuter Mühəndisliyi bakalavr ixtisasları həmçinin İnformasiya təhlükəsizliyi dərslərinin tədrisini təşkil etməklə respublikanın rəqəmsal iqtisadiyyatda daha da irəli səviyyəyə yüksəlməsində öz xidmələrini göstərir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB