Azərbaycanda arpa sahələrinin 23 %-də biçin başa çatıb

Azərbaycanda 38 rayonda mövcud olan arpa əkini sahələrindən 247 258 ton məhsul yığılıb və bununla da sahələrin təxminən 23 %-də biçin başa çatıb. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, orta məhsuldarlıq 27,3 sentner təşkil edib.

Bu günə qədər 90 444 hektar sahədə arpa biçini başa çatıb. Sahələrin 29 072 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.

Bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə