Xanoba sərhəd-buraxılış məntəqəsində hansı yeniliklər mövcuddur? - QURUM RƏSMİSİ DANIŞDI
"Mediaturun əsas məqsədi Xanoba gömrük sərhəd-buraxılış məntəqəsində istifadə olunan, ən müasir tələblərə uyğun prosedurlar və əməliyyatlar, yeni istifadəyə verilmiş post ilə tanışlıq məqsədi daşıyır". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə verdiyi açıqlamada Gömrük-Sərhəd Buraxılış Məntəqlərinin İşinin Təşkili baş idarəsinin şöbə rəisi Cəfər Quluzadə bildirib.
O, qeyd edib ki, nəqliyyatda, ölkənin tranzit inkişafında, ixrac potensialının gücləndirilməsində və Rusiya və Azərbaycan arasında yüklərin, fiziki şəxslərin keçidi ilə bağlı, digər sərhəd buraxılış məntəqələri arasında proporsional bölgünün aparılmasının önəmini anlamaq və ictimaiyyətə çatdırmaq baxımından sözügedən mediatur çox əhəmiyyətlidir: "Sərhəd-buraxılış məntəqəsinin infrastuktru kifayət qədər genişdir. Bu gömrük-sərhəd buraxılış məntəqəsində müxtəlif növ nəqliyyat vasitələri üçün zolaqlar ayrılmışdır.
Ümumilikdə 13 zolaq mövcuddur. Buraxılış məntəqəsi hər iki istiqamətdə 550 yük nəqliyyat vasitəsi, 1000 minik nəqliyyat vasitəsi, 5000 fiziki şəxsin keçidinə imkan verəcək buraxılış qabiliyyətinə malikdir. Buraxılış məntəqəsində ən müasir standartlara cavab verən texniki avadanlıqlar quraşdırılıb. Bu da daha optimal və daha effektiv nəzarət yollarının tətbiq edilməsinə imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB