“Naxçıvan Dövlət Sığorta Xidmətinin fəaliyyətinə qanunvericilik çərçivəsində baxılmalıdır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətinə Mərkəzi Bank tərəfindən hər hansı sığorta lisenziyası verilməyib: “Təşkilat Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci ildə sərəncamı ilə yaradılıb. Ona görə də təşkilatın fəaliyyəti ilə bağlı qərar qanunvericilik çərçivəsində müəyyən edilməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB