Qeyri-sabit hava kənd təsərrüfatına necə təsir edəcək? - EKSPERT AYDINLIQ GƏTİRDİ
"Ümumiyyətlə, kənd təsərrüfatı üçün sabit hava şəraiti dünyanın heç bir yerində yoxdur. Məsələn, dolu yağır və cücərmiş bitkini sıradan çıxarır. Beləliklə onu yenidən əkmək lazım gəlir. Daha sonra ağacların çiçək vaxtı yağış yağır və tozlanmanı əngəlləyir, bağların məhsuldarlığını aşağı salır. Belə müxtəlif şəkildə kənd təsərrüfatına hava şəraitinin qeyri-sabit olması təsir edir. Amma bununla belə biz bu zərərlər və təbiətin şıltaqlığı ilə yaşamağa məcburuq". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: "Hava şəraiti qeyri-sabit olduqda sözsüz ki, məhsuldarlıq da aşağı düşür. Bu zaman qıtlıq yaranır və qiymətlər bahalaşır. Hər il bitkilərin məhsuldarlığı müxtəlif olur. Bəzən hiss olunmayan amillər belə məhsuldarlığa təsir edir. Kənd təsərrüfatı mütəxəssisləri qarşısında duran vəzifə ondan ibarətdir ki, bu təsirləri əvvəlcədən müəyyənləşdirib aradan qaldırsınlar və zərərləri önləmək üçün tədbirlər görsünlər. Bəzən isə belə proeblemlərdə elm belə aciz qalır. Üzümçülükdə yağışdan dərhal sonra üzüm bağları müəyyən preparatlarla xəstəliklərə qarşı dərmanlanır. Çünki yağış üzüm bağlarına xəstəlik yayır. Yağış yağdıqda soğan səpini kimi səpilən bitkilər var ki, proses ləngiyir. Çünki yer islanır və soğanı əkmək mümkün olmur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB