Su qıtlığı kənd təsərrüfatına necə təsir edir? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

Su qıtlığı kənd təsərrüfatına necə təsir edir? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

“Qlobal şəkildə hiss edirik ki, bizim su ehtiyatlarımız ildən-ilə azalmaqdadır. Getdikcə bu daha kəskin hal almağa başlayır. Bunun təsirləri də ən böyük istehsak qrupu olaraq kənd təsərrüfatında hiss edilir. İstənilən halda su qıtlığı başlayırsa, artıq suvarmanın rejimi pozulur. Suvarmanın vaxtları var”. Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Onun sözlərinə görə, mənbələrdə doğru-düzgün su formalaşmadıqda suvarmanın müddətləri də qarışmağa başlayır və fermer optimal müddətdə suvarma apara bilmir: “Bu həm məhsuldarlığa təsir edir, həm narazılıqların yaranmasına səbəb olur. Ona görə də biz fermerlərlə təbliğat işlərində mənbələrdə suyun azalmasının getdikcə daha qlobal bir hal alacağını bildiririk. Onlara təşviq edirik ki, müasir suvarma sistemlərinə keçid etsinlər. Dövlətimizin təşviq alətləri çox işlək müxanizmdədir. Yəni, güzəştlər kifayət qədərdir. Ötən il operativ məlumatlar əsasında bizim müasir suvarma sistemlərinin ümumi faizini çıxartdıq. Bu, 5%-in altında bir göstərici idi. Bu il isə artıq 7%-ə yaxınlaşıb. Bu, onu göstərir ki, fermerlər davamlı olaraq müasir suvarma sistemlərinə keçid etməyə başlayır. Amma müasir suvarma sisteminin tətbiqində də bəzi çətinliklər var. Müasir suvarma sisteminin tətbiqi üçün müasir infrastruktura ehtiyac var. Ölkənin əsas infrastruktur kanallarının böyük əksəriyyəti torpaq məcralıdır. Torpaq məcralı şəbəkə ilə su gələn yerdə müasir suvarma sisteminin tətbiqi də çətindir. Ona görə də fermerlərimizi infrastrukturun yenilənmiş olduğu yerlərdə bu sistemə keçid etməyə təşviq edirik”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə