“İpoteka kreditlərinə maraq artıb” - QURUM RƏSMİSİ AÇIQLADI
“Azərbaycanda həm dövlət, həm də banklar tərəfindən verilən ipotekalar mövcuddur və aralarında müəyyən fərqlər var. Belə ki, bank tərəfindən verilən ipoteka bankın daxili resursları hesabına həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə, bankın müştərini qiymətləndirməsi 5 faizdən başlayaraq artan istiqamətdə dəyişir: “Müddət isə təqribən dövlət ipotekasında olduğu kimi 25 ildir. Lakin bu zaman qiymətləndirmədən, vətəndaşın ödəniş qabiliyyətindən, yaş fərqindən asılı olaraq müəyyən dəyişiklik ola bilər. Dövlət ipotekasında maksimum məbləğ 150 min, bank daxili ipotekalarda isə 200 min manata qədər dəyişir. Bütövlükdə ipoteka kreditlərinə maraq son illərdə daha çox müşahidə olunmaqdadır. Lakin bir çox hallarda ipoteka kreditlərinin artımı bazarda bəzi hallarda qiymət artımına səbəb olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB