"Gələcək zamanda bankların avtivliyi daha da artacaq" - DEPUTAT DANIŞDI

"Gələcək zamanda bankların avtivliyi daha da artacaq" - DEPUTAT DANIŞDI

"Bütövlükdə son iki ildə yalnız fevral ayında əmanətlərin həcmində azalmalar müşahidə olunub. Fevral ayında depozit portfelinin aşağı düşməsi birbaşa həmin aydan etibarən əmanət gəlirlərinin vergili tətbiq edilməsi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, gözləntilər növbəti aylarda yenidən depozit portfelində artımlar müşahidə edilməsi istiqamətindədir: "Təbii ki, daha çox əmanətin banklarda saxlanılması vacibdir. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən də fəaliyyətin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Çünki bütün hallarda vəsaitin banklarda saxlanılması həm də sektorun real inkişafı baxımından vacibdir. Eyni zamanda banklara inamın artırılması ilə bağlı daha geniş işlər görülməsinə ehtiyac var. Düşünürəm ki, gələcək zamanda bankların avtivliyi daha da artacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə