"İşğaldan azad olunmuş ərazilərdə enerji strukturunun bərpası həyata keçirilir" - QURUM RƏSMİSİ DANIŞDI
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiq edilmişdir və "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi" "Azəristiliktəchizat" ASC-ə həvalə edilib". SİA xəbər verir ki, bu sözləri"Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini icra edən İlham Mirzəliyev mətbuat konfransında səsləndirib.
O bildirib ki, "İşğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Şəhərsalma" və "Enerji təminatı məsələləri" İşçi Qrupunda təmsil olunan "Azəristiliktəchizat" ASC Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB