Qızılın qiyməti illik maksimuma çatdı

Qızılın qiyməti illik maksimuma çatdı

“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi – red.) ticarət zamanı qızılın qiyməti 1 troya unsiyası üçün 2050 dollardan yuxarı qalxıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qiymətli metalın qiyməti sonuncu dəfə 9 mart 2022-ci ildə bu həddə çatıb.

Qızıl hasilatı ilə məşğul olan şirkətlərin səhmləri də bahalaşıb.

Ekspertlər dünyada artan siyasi və iqtisadi gərginlik fonunda qızılın bahalaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə