“Azərbaycan ilə Türkiyənin enerji sahəsində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR şirkətləri birgə şirkət yaradıblar və Avropaya qaz tədarük edəcəklər”.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri “CNN Turk” televiziya kanalında çıxışı zamanı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Nazir bildirib: “Balkan dövlətləri bizdən - Türkiyə və Azərbaycandan təbii qaz almaq istəyirlər. Azərbaycan Türkiyəyə böyük həcmdə sərmayə yatırıb və bu sahədə əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək. Avropaya qaz satışı istiqamətində icra olunan layihələri Türkiyə ilə Azərbaycan həyata keçirəcək. Yaxın gələcəkdə Türkiyə qaz satışı mərkəzinə çevriləcək və Azərbaycan da bunu dəstəkləyir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB