Pomidor və xiyarın qiyməti bu tarixdən ucuzlaşacaq - İQTİSADÇI AÇIQLADI

Pomidor və xiyarın qiyməti bu tarixdən ucuzlaşacaq - İQTİSADÇI AÇIQLADI

"Pomidor və xiyarın qiymətini indi və əvvəlki aylarla müqayisə etsək biraz eniş müşahidə olunur. Yəni, mart ayının əvvəli və ortası ilə müqayisədə 20-30 faiz fərq hiss olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, qiymətlərdə nisbətən eniş onunla əlaqədardır ki, artıq mövsümlə əlaqədar yeni məhsullar yetişir: "Hesab edirəm ki, 5-10 gündən sonra meyvə-tərəvəz qiymətlərində ümumiyyətlə eniş müşahidə edəcəyik".

Eyyub Kərimli sözlərinə belə davam edib: "Bu gün tərəvəzlərdə qiymətlərin enməməsinin səbəblərindən biri hava şəraitinin pis keçməsidir. Bəzən insanlar sahələrə daxil ola bilmir. Düşünürəm ki, artıq aprel ayının sonlarında bu məhsullarda ciddi eniş müzakirə edəcəyik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə