Rusiyanın neftin qiymətinə nəzarət etmək üçün ilin sonuna qədər neft hasilatını könüllü şəkildə azaltmaq təşəbbüsü bu gün təkcə Qazaxıstan və Səudiyyə Ərəbistanında deyil, OPEC+ formatında iştirak edən ərəb dünyasının digər ölkələrində də cavab aldı - Əlcəzair, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman.
Beləliklə, İraq ilin sonuna qədər gündəlik 0,211 milyon barel az neft hasil etməyə razılaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri gündəlik neft hasilatını 0,144 milyon barel azaldacaq.
Küveyt neft hasilatını gündəlik 0,128 milyon barel azaldacaq. Əlcəzair gündəlik 48 min barel hasil etməkdən imtina edəcək. Nəhayət, Oman “qara qızıl” hasilatını gündəlik 40 min barel azaldacaq.
Xatırladaq ki, Rusiya bu gün neft hasilatını fevral ayı ilə müqayisədə gündəlik 0,5 milyon barel azaltmaq qərarını açıqlayıb.
Səudiyyə Ərəbistanı sutkada eyni 0,5 milyon barel az, Qazaxıstan isə “qara qızıl” hasilatını 78 min barel azaldacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB