Neft yenidən ucuzlaşdı

"Brent" markalı neftin may fyuçerslərinin dəyəri keçən il dekabrın 12-dən bəri ilk dəfə bir barel üçün 77 dollardan aşağı düşüb. SİA xəbər verir ki, bunu Londonun ICE birjasının ticarət məlumatları sübut edir.

Bildirilir ki, may fyuçerslərin qiyməti 4,72% azalaraq bir barel üçün 76,96 dollar təşkil edib.

WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 4,9% azalaraq 71,1 dollar/barel olub.

Bütün xəbərlər Facebook səhifəmizdə