Aqroparklarda əkin sahələrinin genişlənməsi nələrə səbəb olacaq? - İQTİSADÇI DANIŞDI
“Bütövlükdə kənd təsərrüfatında əkin sahələrinin genişləndirilməsi, eyni zamanda aqrar məhsulların istehsalının artırılması əsas tələblərdəndir”.Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, xüsusən də Rusiya-Ukrayna müharibəsi və qlobal dəyişikliklərin fonunda ərzaq təhlükəsizliyi və ərzaq təminatının gücləndirilməsinə ehtiyac var: “Biz ötən il və bu ilin qalan aylarında kənd təsərrüfatında müəyyən inkişafın olmasını hiss etdik. 2023-cü ildə kənd təsərrüfatı mallarının istehsalının genişləndirilməsi, eyni zamanda bu sektorun dövlət tərəfindən daha da yaxından dəstəklənməsi müşahidə olunacaq.
Aqroparkların əkin sahələrini genişləndirməsi də kənd təsərrüfatı məhsullarının artımına xidmət edən faktorlardandır. Gözlənilir ki, aqrar və strateji məhsullarla bağlı ehtiyatların artmasına imkan verəcək. Bu il də Azərbaycan həm kənd təsərrüfatı məhsullarının inkişafında yerli mənbənin payının artırılmasına, eyni zamanda ehtiyatların həcminin artırılması ilə bağlı işlərini davam etdirəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB