Çexiyanın Baş naziri Petr Fiala 2022-ci ilin sonuna qədər Rusiya təbii qazının ölkədəki payının 4 faizə qədər azaldığını bildirib. SİA bu barədə xarici KİV-lərə istinadla xəbər verir.
Baş nazirin sözlərinə görə, hətta 2022-ci ilin əvvəlində Rusiyanın qazı Çexiyanın tələbatının 97 faizini təmin edib.
P.Fiala bildirib ki, ölkəsi Norveçdən təchizat qurub. Həmçinin, ölkə hakimiyyəti “xaricdən gələn” mayeləşdirilmiş təbii qaz sayəsində Rusiyanın enerji resurslarından asılılığını azalda bilib.
Ötən ilin sonuna olan məlumata görə, Çexiyada qaz ehtiyatları 2,9 milyard kubmetr təşkil edir. Ölkənin qaz anbarları 84 faiz doludur.
Çexiya hakimiyyət orqanları təchizatı problemlərinə görə qaz istehlakını azaltmağa çalışır. Ölkə hökuməti bu qış ümumilikdə 800 milyon kubmetr qaza qənaət etmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB