“Nəqliyyatda qiymət artımı gözlənilən idi” - İQTİSADÇI-EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Nəqliyyatda qiymət artımı gözlənilən idi. Uzun müddətdir ki, bu haqda müzakirələr gedirdi”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, bizdə ictimai nəqliyyat demək olar ki, özəl sektora aiddir: “Onlar da rentabelli fəaliyyət göstərmirlər. Çünki ötən ilin əvvəlindən həm dizel, həm də benzin yanacağının qiyməti artdığından artıq onların fəaliyyəti qeyri-rentabelli olurdu”.
Eyyub Kərimli sözlərinə belə davam edib: “Bu da öz növbəsində xətlərdə avtobusların azalmasına və avtobus parklarının yenilənməsinə mənfi təsirini göstərirdi. Şirkətlərin işləməyə elə də stimulu olmurdu. Çünki çoxları zərər edirdi".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB