2023-cü ildə Azərbaycanda taxıl böhranı olacaq? - İQTİSADÇI DANIŞDI

“Qlobal taxıl böhranının xeyli dərəcədə yumşalması müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.

İqtisadçı qeyd edib ki, bu kontekstdə Azərbaycan bir tərəfdən taxıl ehtiyatını artırdı, digər tərəfdən isə taxıl idxalını davam etdirir: “Qlobal səviyyədə praktik olaraq bu məsələnin asanlaşdığı bir zamanda taxılın qiymətində də əvvəlki dövrlərə nisbətən azaldığı müşahidə olunur. Hazırki dövrdə taxıl böhranının səngidiyini müşahidə edirik. 2023-cü il üçün gözləntimiz ondan ibarətdir ki, bu sahədə ciddi çətinliyimiz olmayacaq. Qlobal arenada baş verən hadisələr taxıl təminatına təsir göstərir. Bu hal gələcək dövrlərdə də özünü göstərəcək. Ancaq 2023-cü ildə Azərbaycanda taxıl böhranının yaşanacağı gözlənilmir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə