Türkiyədə dollar yenə bahalaşdı

Türkiyədə dolların yenidən bahalaşması qeydə alınıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda bir dollar 18,76 lirəyə, avro isə 19,77 lirəyə qalxıb.

Qeyd edək ki, Türkiyədə minimum əmək haqqı 1 yanvardan 5,5 min lirədən 8,5 min lirəyə qalxıb. Bu isə ölkədə bütün qiymətlərə təsir edib, hətta gediş haqları da bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə