Arçelik şirkəti bu ölkədə nəhəng fabrik qurur

Türkiyenin məişət texnikası şirkətlərindən Arçelik A.Ş Misirə 100 milyon dollar sərmayə qoyacaq.
Arçelik şirkəti bu ölkədə nəhəng fabrik qurur

Misirin Sənaye və Ticarət Nazirliyindən verilən yazılı açıqlamaya görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin Şarm əl-Şeyxdə keçirilən 27-ci Konfransı çərçivəsində Misirin Sənaye və Ticarət naziri Əhməd Semir, Arçelik A.Ş-nin CEO-su Hakan Bulqurlu ilə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Misir naziri Semir investisiya ilə bağlı təfərrüatlara toxunaraq deyib: “ Arçelik şirkəti 100 milyon dollar investisiya ilə illik 1,5 milyon elektron cihaz istehsal gücünə malik fabrik quraraq daxili bazara açılmağı və xaricə ixrac etməyi planlaşdırır. Faktiki istehsala gələn ilin sonunda başlanması gözlənilir. Təxminən 2 min Misirlinin işlə təmin edilməsi nəzərdə tutulan fabrikdə istehsal olunacaq məişət texnikasının 60%-ı xaricə ixrac ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə