"Xarıbülbül" festivalının keçirilməsi həqiqətən də tarixi əhəmiyyətə malikdir - DEPUTAT ŞƏRH ETDİ

"Şuşada növbəti "Xarıbülbül" festivalının keçirilməsi həqiqətən də tarixi əhəmiyyətə malikdir. Çünki "Xarıbülbül" festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biridir". Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, bu hadisəni uzunmüddətli siyasi-ideoloji mübarizənin məntiqi yekunu olan tarixi qələbənin təntənəsi kimi qəbul etmək olar: "30 illik işğaldan sonra ötən il keçirilən ilk "Xarıbülbül" festivalı bir sıra mühüm mesajlarla yadda qaldı. Çünki həmin festivalda Ali Baş Komandan İlham Əliyev çıxış etdi və festival dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Eyni zamanda "Xarıbülbül" festivalının proqramı və məzmunu milli birlik, həmyəylik, tarixi və milli ənənələrə sədaqət kimi dəyərlər üzərində qurulduğunu göstərdi. Ümumiyyətlə festival Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirdi. Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə olduğunu və yüksək səviyyədə qorunduğunu göstərdi. Çünki tolerantlıq bizim mühüm dəyərlərindən biridir. Eyni zamanda Şuşaya olan bu cür diqqət təbiidir. Cənab Prezidentin dünənki Şuşa səfəri bir daha onu göstərdi ki, Şuşa öz sahiblərinə qayıdıb. Şuşa əvvəlki tarixi görkəminə qayıdıb. Hər birimizin qürur hissi duyduğu bu hadisələr gələcəkdə də davam edəcək. Bütün bu tədbirlərin, eyni zamanda bu festivalların, poeziya gecələrinin, beynəlxalq səviyyəli tədbirlərin, komitə iclaslarının Şuşada təşkil olunması mədəniyyətimizin beşiyinə, Qarabağın incisinə olan qiddətin, qayğının nəticəsidir. Ölkə başçısının rəhbərliyi ilə qısa bir zamanda Şuşa tam bərpa olunacaq, dirçələcək. Hər bir azərbaycanlı, qonaqlar, turistlər Qarabağımızın incisinə səfər edə biləcəklər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə