BMT Türkiyənin 2 kəndinə mükafat verdi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə...

BMT Dünya Turizm Təşkilatı Türkiyənin Nevşehir rayonunun Mustafapaşa kəndi ilə Sakariyanın Taraklı kəndini "Kənd turizm məkanı" adlandırdı.

SİA xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, turizmi kəndlərin inkişafı, transformasiyası və cəmiyyətin rifahı üçün müsbət qüvvəyə çevirmək məqsədi ilə bu il “Ən yaxşı turizm kəndləri təşəbbüsü”nə start verən BMT-nin Dünya Turizm Təşkilatı 2 ölkə seçib ki, bunlardan biri Türkiyədir.

Nevşehirin Mustafapaşa kəndi ilə Sakariyanın Taraklı qəsəbəsi İspaniyanın paytaxtı Madriddə təşkil edilən BMT Dünya Turizm Təşkilatının 24-cü Baş Assambleyasında mükafata layiq görülüb.

Müsabiqədə 32 ölkədən ümumilikdə 44 kənd turizm istiqaməti fərqli təbii və mədəni xüsusiyyətlərinə, qorunub saxlanmış ənənəvi həyat tərzi və davam edən kənd iqtisadi fəaliyyətləri imkanlarına görə bu adı daşımağa uyğun hesab edilib.

Mustafapaşa və Taraklı 75 ölkədən 175 müraciət arasından mükafata layiq görülən kəndlər arasında yer almağı bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə