Ölkəmiz Daşkənd festivalında təmsil olunub

Daşkənddəki Dünya Dilləri İnstitutu nəzdindəki akademik liseydə “Xalqların adət-ənənələri və mətbəxi” festivalı keçirilib. Liseyin şagirdləri müxtəlif xalqların mədəniyyətini, adət-ənənələrini və mətbəxini təqdim ediblər.

SİA xəbər verir ki, festivala Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də qatılıb.

Festivalda Azərbaycan guşəsi “Ən yaxşı tərtibat” nominasiyasında diploma layiq görülüb.

AMM üçün ayrılan guşədə kitablar da nümayiş etdirilib. Kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər olub. Kolleksiyada Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə AMM-nin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb.

Nəşrlər arasında AMM-nin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər toplular da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə