“Junior Eurovision 2021”-dəki təmsilçimiz Sona Əzizova olacaq

Dekabrın 19-da Parisdə keçiriləcək “Junior Eurovision 2021” mahnı müsabiqəsinə Azərbaycanı Sona Əzizova təmsil edəcək.

SİA xəbər verir ki, bu Azərbaycanın “Junior Eurovison” mahnı müsabiqəsində 4-cü iştirakı olacaq. Ölkəmiz 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edib və həmin ildən də “Junior Eurovision” müsabiqəsinə qatılıb. Azərbaycan Amsterdam (2012), Kiyev (2013) və Minsk (2018) “Junior Eurovision” mahnı müsabiqələrində iştirak edib və 2013-cü ildə 7-ci yerdə qərarlaşıb.

Sona Əzizova “Junior Eurovision 2021” mahnı müsabiqəsində “One Of Those Days” manısı ilə çıxış edəcək. Müsabiqədə 19 ölkənin iştirakı gözlənilir. Müsabiqə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək. Polşada Fransa təmsilçisinin mahnısının əks-sədası kimi “İmagine” (Təsəvvür et) Paris mahnı müsabiqəsinin şüarı müəyyən edilib. Bu şüarın yaradıcılığa, xəyala təhrikin zəmini olduğu bildirilir.

Qeyd edək ki, güclü səsə malik Sona Əzizova İTV televiziya kanalında keçirilmiş “Səs Uşaqlar” mahnı müsabiqəsində 2-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...