Azərbaycan böyük səs çoxluğu ilə UNESCO İcraiyyə Şurasına üzv seçildi - Mədəniyyət naziri

Azərbaycan üçün UNESCO İcraiyyə Şurasına üzv olmaq, xüsusilə indiki dönəmdə üzv olmaq olduqca önəmli idi. SİA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Şuraya seçkilərin çox rəqabətli şəraitdə keçirildiyini söyləyən nazir bildirib ki, Ermənistan əvvəldən də həmin İcraiyyə Şurasının üzv idi. Azərbaycan isə böyük səs çoxluğu ilə bu şuraya üzv seçildi: “Bu, bir daha da onu göstərdi ki, beynəlxalq aləmdə Azərbaycanın siyasətinə, mədəni diplomatiyasına, sülhsevər fəaliyyətlərinə böyük rəğbət var. Şurada olmağımız bizə imkan verəcək ki, təşkilatda olan siyasiləşmə cəhdlərinin, qeyri-sağlam ab-havanın, ikili standartların qarşını ala bilək. Komitəyə üzvlüyümüz bu məsələlərdə bizə daha çox əlverişli imkanlar və fürsətlər yaradacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə