“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə dahi Nizaminin Azərbaycan, dünya ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunulub.

Qeyd edək ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin polyak dilində "Kağıza incitək sözlər düzən Şahlar Şahıyam" kitabının və poçt markalarının təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə