“Musiqili proyektor” adlı konsert proqramı

Noyabrın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Art-East Media Group” şirkətinin təşkilatçılığı ilə “Musiqili proyektor” adlı konsert proqramı təqdim edilib.

SİA xəbər verir ki, layihə “Azərbaycanfilm” kinostudiyasının, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlib.

Gecədə Avanqard kamera orkestrinin ifasında ilk dəfə ən çox sevilən filmlərin saundtrekləri yeni aranjimanda təqdim edilib. Orkestrin bədii rəhbər və dirijoru Arif Aslanovdur.

Proqramda “Sehrli xalat”, “Pirates of the Caribbean”, “La La Land”, “FROZEN”, “Baladadaşın ilk məhəbbəti”, “Pink Panther”, “Ölsəm bağışla” və digər filmlərin saundtrekləri yer alıb.

Parlaq rəqs nömrələri, xoreoqrafiya kompozisiyaları və böyük ekranda nümayiş olunan məşhur filmlərdən parçalar unudulmaz gecəyə rəng qatıb.

Multimedia şousu tamaşaçıların zövqünü oxşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə