Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya hüquqi dövlət quruculuğunun əsasıdır” mövzusunda tədbir keçirilib. İdarədən SİA-ya bildirilib ki, əvvəlcə tədbir iştirakçıları mərkəzin “Muzey” bölməsi ilə tanış olublar. Burada onlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında ətraflı məlumat verilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması və dövlətin əsası olan ilk konstitusiyasının qəbulunun xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını diqqətə çatdırıb.
Sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov çıxışında konstitusiyamızın tarixinə və yaranmasına nəzər saldıqda əsas qanunumuzun məhz milli dəyərlərə söykənərək demokratik hüquqi baza üzərində qurulduğunu qeyd edib.
Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsini qeyd edib. O, konstitusiyamızın memarı olan ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə tədbirin keçirilməsini gənclərin konstitusiyamızda təsbit edilmiş qanunları öyrənməsi, bu sahədə biliklərinin artırılması və dövlət quruculuğunda yeni nəslin yaxından iştirak etməsində böyük rolu olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB