Uludağ Üniversitetində "Mən Qarabağam" adlı Zəfər konserti baş tutub
Bursa Uludağ Üniversiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təşkilatçılığı ilə 6 noyabr tarixində Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi və Azərbaycan İstanbul Başkonsulluğunun dəstəyi ilə "Mən Qarabağam" adlı Zəfər konserti baş tutub.
Konsertdə başda şəhid yaxınları və qazilərimiz olmaqla Bursa Böyükşəhər Bələdiyyəsi başqanı Alinur Aktaş və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir çərçivəsində "Qarabağın dünəni və bu günü" adlı sərgi təşkil olunub və bu sərgi ilə Bursadakı yerli və xarici vətəndaşlara erməni vandalizmi tanıdılıb.
Şəhidlərimizi 1 dəqiqəlik sükut ilə yad edilib, hər iki ölkənin himni səsləndirilib. Sonra konsert proqramı Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin sədri Lətifə Nağdalıyevanın açılış nitqi ilə başlayıb.
Muğam Müsabiqəsinin birincisi, Azərbaycan Televiziyasının (AzTv) solisti, xanəndə Zümrüd Məmmədova, tarda Toğrul Orucov, kamançada Səfər Səmədov və Bursa Mədəniyyət və Sosial Müdürlüyü Orkestrı ilə birlikdə möhtəşəm Zəfər konserti gələn qonaqlar tərəfindən həyəcan və sevgi ilə qarşılanıb.
Konsertin yekununda dəyərli sənətçilərimiz Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən təşəkkür plaketi ilə təltif olunublar. Həmçinin proqramın hazırlanmasında əməyi keçən Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin dəyərli üzvləri, Minarə Əliyeva Çınar tərəfindən təşəkkürnamələrlə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB