Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Təşkilata üzv olub
YUNESKO-nun nəzdində Uşaq və Gənclər teatrları Beynəlxalq Assiteji-nin İcraiyyə Komitəsi Fransada keçirilən qurultayında böyük səs çoxluğu ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını ASSİTEJİ-in üzvlüyünə qəbul ediblər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli mərkəzi elan olunmuş, teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli komitəsinin sədri vəzifəsinə təyin olunub.
Azərbaycan Milli komitəsinin əsas vəzifələri Assitej-ə üzv olan xarici ölkə teatrları ilə qarşılıqlı qastrol səfərlərinin, beynəlxalq teatr festivallarının və treninqlərin, konfransların, habelə ustad dərslərin keçirilməsini təşkil etmək, xarici ölkə teatr mütəxəssislərinin Azərbaycana dəvət edilməsinə yardımçı olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB