Moskvada keçiriləcək V Beynəlxalq Yay Teatr Məktəbinə Azərbaycandan iki aktyor dəvət edilib - FOTO
Mayın 30-dan iyunun 26-na kimi Moskvada Rusiyanın Teatr Xadimləri İttifaqının V Beynəlxalq Yay Teatr Məktəbi keçiriləcək. Layihə Rusiya Federasiyasının rəhbərliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır. Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun SİA-ya verdiyi məlumata görə, yay teatr məktəbinə Azərbaycandan iki nəfər - Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Quliyeva və "Can as" studiyasından Mahir Cananov dəvət olunublar.
Bir ay ərzində iştirakçılar Moskvanın və Sankt-Peterburqun
aparıcı teatr məktəblərinin tanınmış teatr pedaqoqlarının rəhbərliyi ilə peşəkarlıq
səviyyələrini yüksəldəcəklər. Bu il layihənin 5 ili tamam olur. Ənənəyə uyğun
olaraq bu il də layihə çərçivəsində Aleksandr Kalyagin, Lev Dodin, Adolf
Şapiro, Andrey Moquçiy, Sergey Jenovaç, Andrey Xrjanovski, Konstantin Boqomolov
kimi görkəmli teatr xadimlərinin ustad dərslərinin keçirilməsi planlaşdırılır.
Layihə çərçivəsində 4 tamaşa (2 dramatik, 1 kukla, 1
plastik) hazırlanacaq. Tamaşaların premyeraları Moskvanın Zveniqorod və
Serpuxov teatr meydanlarında nümayiş olunacaq. Layihə çərçivəsində iştirakçılar
üçün geniş mədəni proqram – Moskva teatrlarının tamaşalarına baxış, yaradıcılıq
görüşləri, əyləncəli tədbirlər nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB