Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin onlayn konserti olub FOTO
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin onlayn konserti olub. Konsert proqramı Naxçıvan Televiziyasının efirində, televiziyanın və Mədəniyyət Nazirliyinin internet resurslarında canlı yayımlanıb. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov, Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova, Samir İsmayılov, İlkin Abdullayev və Rahim Əsgərzadə Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığından nümunələr səsləndiriblər. Konsert tamaşaçılar tərəfindən maraqla izlənilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncamla yaradılan Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri muxtar respublikada istedadlı gənclərin yaradıcılıq potensialına əsaslanaraq qısa vaxt ərzində uğurlu konsert təqdimatları ilə tamaşaçı rəğbəti qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB