Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri İspaniyada keçirilən "World Art Games" Beynəlxalq onlayn müsabiqəsində uğurla çıxış ediblər.
İdarədən SİA-ya bildirilib ki, fortepiano ixtisası üzrə IV sinif şagirdi Amira Məcidova “İnstrumental” nominasiyası üzrə II yaş qrupunda I yerə, tar ixtisası üzrə XI sinif şagirdi Vasif Həsənov isə eyni nominasiya üzrə IV yaş qrupunda III yerə (müəllim H.Abbasova) layiq görülüb.
Xatırladaq ki, müsabiqədə iştirak dünyaca məşhur münsiflər heyəti, peşəkar, məşhur aktyorlar, pedaqoqlar, musiqi və xoreoqrafiya sahəsində ustad-kouçlar tərəfindən qiymətləndirmə imkanıdır.
Müsabiqənin təşkilatçısı isə Avropada aparıcı festival-müsabiqə təşkilat komitəsi olan "Fiestalonia Milenio" 30-dan artıq beynəlxalq təşkilatı təmsil edir və dünyanın 20-dən çox ölkəsinin mədəniyyət və turizm nazirlikləri tərəfindən dəstəklənir.
Qeyd edək ki, fortepiano ixtisası üzrə müəllim Zərinə Allahverdiyeva və tar ixtisası üzrə müəllim Həqiqət Abbasovanın tələbələri dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB