Yazın gəlişi ilə üfüqdə yüksələn Günəş yer-göyü nura- hərarətə qərq edərək təbiəti öz səmənisini göyərtməyə səsləyir. Fəsli-baharın gəlişini daha yaxından duymaq, estetik zövq almaq üçün Milli İncəsənət Muzeyi martın 16-da "Novruz ahəngi" adlı sərgi təşkil edəcək.
Muzeydən SİA-ya bildirilib ki, xalqımızın tarixində və məişətində kök salmış Novruz bayramı rəssamların ilham qaynağına çevrilərək onların yaradıcılığında öz geniş təzahürünü tapıb.
Ziyarətçilər bayram əhval-ruhiyyəli "Novruz ahəngi" sərgisində bədii metal, zərif işləmələr və milli geyimlərlə tanış ola biləcəklər.
Qeyd edək ki, sərginin açılışı mərasim şəklində təşkil olunmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB