Xalq yazıçısı Maqsud İbrahimbəyovun kitablarının təqdimatı keçiriləcək

Martın 15-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun Türkiyədə çap olunmuş “Cehenneme serinlik geldi”, eləcə də Azərbaycan, rus, ingilis dillərində çap olunmuş “ Ondan yaxşı qardaş yox idi” adlı kitablarının təqdimat keçiriləcək.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan SİA-ya bildirilib ki, tədbirdə Azərbaycanın tanınmış mədəniyyət xadimləri, Fonda üzv və müşahidəçi ölkələrin səfirləri və beynəlxalq təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın giriş sözü ilə açılacaq.

Mərasimində Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı ilə bağlı geniş müzakirələr aparılacaq, əsərlərindən ibarət bədii kompozisiya təqdim olunacaq.

Təqdimat mərasimi pandemiya şəraitinə uyğun keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə