Heydər Əliyev Sarayı qazilərin iştirakı ilə 8 mart münasibətilə maraqlı videoçarx təqdim edib FOTOLAR+VİDEO

Heydər Əliyev Sarayı 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “İncə varlıq” adlı sosial videoçarx hazırlayıb. SİA-nın məlumatına görə, layihədə tarixi Qələbə əldə etdiyimiz 44 günlük Vətən müharibəsinin qaziləri Ulvi Qədir, Beyrək Quliyev, Pərvin Qasımov və Hikmət Məmmədov iştirak ediblər və öz analarının timsalında Azərbaycan üçün layiqli övladlar böyüdən əsgər analarını, şəhid analarını və bütün Azərbaycan xanımlarını təbrik ediblər.

Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “İncə varlıq” sosial videoçarxın 8 mart tarixində Heydər Əliyev Sarayanın sosial media hesablarında (Facebook, Instagram, telegram, YouTube) yerləşdirilməsi və televiziyada yayımlanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...