“Dünya mədəniyyətində Nizami Gəncəvi fenomeni” adlı videokonfrans keçirilib

Şirvan şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Gənclər Evinin təşkilatçılığı ilə “Dünya mədəniyyətində Nizami Gəncəvi fenomeni” mövzusunda videokonfrans keçirildi.

Konfransa Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Nüzamişünaslıq” şöbəsinin aparıcı elmi işcisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmləri doktoru Afaq Rüstəmova qatılmışlar. Tədbirin moderatoru Şirvan səhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Fərzəliyeva tədbiri acaraq 2021-ci ilin “Nizami ili” elan olunmasına dair dövlət başcısı Cənab İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələrə qısa nəzər yetirmiş, Nizami yaradıcılığının elmi ictimi və fəlsəfi əhəmiyyətinin cəmiyyətimizdəki yerinə dair fikir söyləmişdir.

Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun “Nüzamişünaslıq” şöbəsinin aparıcı elmi işcisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova “Nizami Gəncəvi və Dünya ədəbiyyatı” AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmləri doktoru Afaq xanım Rüstəmovanın “Dahi Azərbaycan şairi Nizani Gəncəvi” mövzusunda cıxışları dinlənilmişdir. Natiqlər Nizami yaradıcılığının elmi tədqiqatlarda yerinə dair müqayisəli təhlillər apararaq geniş ictimiyyətin bu yaradıcılığa müraciət etməsinin zəruri amillərini şərh etmişlər.

Daha sonra Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyevin “2021-ci ilin Nizami Gəncəvi ili elan olunması Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətin təcəssümüdür” mövzusunda, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyevin “Nizami yardıcılığının gənc nəslin tərbiyyəsindəki rolu” mövzusunda cıxışları dinlənilmişdir. Nizami yaradıcılığının Azərbaycan ədəbiyyatnda ədəbi mühitinin zənginləşdirməsinə dair Şirvan şəhər 2 saylı tam orta məktəbin direktoru Əminə Əliyevanın çıxışı müasir dövr ədəbiyyatımızla klassik ədəbiyyatın müqayisəli təhlilini diqqətə çatdırmışdır.

Videokonfransda Nizami yaradıcılığının bəşəriyyət ücün xəzinə olmasından qaynaqlanan fikirlər bir daha Azərbaycanın dünyaya verdiyi tövhələri sübut etdiyi faktların dili ilə işıqlandırılmışıdır.

Tədbir qarşılıqlı diskusiya formatında davam etdirilmiş və yekun vurulmuşdur. Şirvan səhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Fərzəliyeva tədbir iştirkcılarına şəhər rəhbərliyi adından təşəkkürünü bildirmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə