Rza Təhmasibə həsr olunmuş film Dövlət Film Fonduna verilib

Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Rza Təhmasibə həsr olunmuş film hədiyyə edilib.

Film Fondundan SİA-ya bildirilib ki, "İncəsənət veteranı" adlanan film Əməkdar incəsənət xadimi, rejissor Musa Bağırov tərəfindən 1966-cı ildə çəkilib.

Film Rza Təhmasibin görüntüləri və şəxsi arxiv materialları ilə zəngindir. 55 il öncə çəkilmiş film Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində tam versiyada əldə olunub.

Nəzərinizə çatdırırıq ki, bu günə qədər Dövlət Film Fondunda sözügedən ekran əsərinin yalnız bir hissəsi mövcud idi.

Bütün xəbərlər Facebook səhifəmizdə