Milli Kitabxana “8 mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi hazırlayıb

ər il mart ayının 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirib. Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Ölkəmizin siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrində öz sözünü demiş qadınlar xüsusilə son dövrlərdə yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib.

SİA-nın məlumatına görə, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "8 mart – Beynəlxalq Qadınlar Günü" adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə