Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul səfəri zamanı bu şəhərin Topqapı sarayını ziyarət edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, ziyarət əsnasında Anar Kərimov muzeyin direktoru İlham Kocamanla görüşüb. Sarayda Nizami Gəncəvinin XV əsrə aid “Xəmsə” poemasının miniatürlərinin qapalı nümayişi baş tutub.

Səfər kino sahəsi üzrə iş adamları ilə görüşlə davam etdirilib.

Tədbirlərdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətimizin Türkiyəyə səfəri başa çatıb.

Xatırladaq ki, proqram TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə