Musiqi məktəbinin şagirdləri beynəlxalq onlayn müsabiqədə uğurla çıxış ediblər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbinin uğurları davam edir. İdarədən SİA-ya bildirilib ki, məktəbin üç şagirdi “Astana Stars” beynəlxalq festival hərəkatı çərçivəsində bu ilin fevral ayında Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən vokal-xor sənəti üzrə “Voice land 2021” I beynəlxalq onlayn müsabiqə-festivalında “Akademik vokal” nominasiyasında iştirak edib.

Müxtəlif yaş kateqoriyasında çıxış edən şagirdlər - Aytac İmanova, İnci Mustafalı, Fatimə Sadıqova nümayiş etdirdikləri ən yüksək nəticəyə görə münsiflər heyətinin qərarı ilə Qran-pri mükafatına layiq görülüblər.

Qeyd edək ki, şagirdlərin yetişdirilməsində göstərdiyi xidmətə görə münsiflər heyəti tərəfindən müəllim Güllübəyim Məmmədovanın əməyi yüksək qiymətləndirilib və təşəkkürnamə ilə mükafatlandırılıb. Həmçinin konsertmeyster Rəhiməxanım Qiyasbəyli də şagirdlərin yetişməsində göstərdiyi xidmətə görə təşəkkürnamə ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə